“WikiLeaks”in qurucusu 50 həftə azadlıqdan məhrum edilib

“WikiLeaks”in qurucusu 50 həftə azadlıqdan məhrum edilib “WikiLeaks”in qurucusu Culian Assanj 50 həftə müddətinə azadlıqdan məhrum edilib.
Digər ölkələr
1 May , 2019 14:58
“WikiLeaks”in qurucusu 50 həftə azadlıqdan məhrum edilib

“WikiLeaks”in qurucusu Culian Assanj 50 həftə müddətinə azadlıqdan məhrum edilib.

“Report” “Sky News”a istinadən xəbər verir ki, qərarı London məhkəməsi çıxarıb. 

O, zamin buraxılışının şərtlərini pozduğu üçün cəzalandırılıb.

Bir müddət əvvəl Assanjın atası Con Şipton bildirmişdi ki, Ekvador hakimiyyəti Beynəlxalq Valyuta Fonduna borcunun qarşılığında oğlunu təhvil verib.

Qeyd edək ki, aprelin 11-də “WikiLeaks”in qurucusu Culian Assanj Böyük Britaniyanın paytaxtı Londonda polis tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi