Culian Assanj Ekvador vətəndaşlığından məhrum edilib

Culian Assanj Ekvador vətəndaşlığından məhrum edilib “WikiLeaks” təşkilatının yaradıcısı avstraliyalı Culian Assanj Ekvador Respublikasının vətəndaşlığından məhrum edilib.
Digər ölkələr
28 İyul , 2021 10:30
Culian Assanj Ekvador vətəndaşlığından məhrum edilib

“WikiLeaks” təşkilatının yaradıcısı avstraliyalı Culian Assanj Ekvador Respublikasının vətəndaşlığından məhrum edilib.

Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın ABC teleyayım şirkəti məlumat yayıb.

Məlumatda bildirilir ki, 2018-ci ildə Ekvador vətəndaşlığı almış Assanj məhkəmənin qərarı ilə iyulun 26-da vətəndaşlıqdan məhrum edilib.

Əlli yaşlı avstraliyalının vəkili Karlos Poveda məhkəmə prosesinin gedişində müştərisinin hüquqlarınıən pozulduğunu bildirib.

Onun sözlərinə görə, Assanjın dinləmələrdə iştirakına şərait yaradılmayıb bu isə appelyasiya üçün əsas verir: “İnsan hüquqları və bütün prosedurlara riayət edilməsi məsələsi vətəndaşlıq məsələsindən daha vacibdir”.

Son xəbərlər

Orphus sistemi