"WikiLeaks" saytının yaradıcısının məhkəməsi mayın 30-da davam etdiriləcək

"WikiLeaks" saytının yaradıcısının məhkəməsi mayın 30-da davam etdiriləcək London Vestminster Bələdiyyə Məhkəməsində WikiLeaks saytının təsisçisi Culian Assanjın ekstradisiyasına dair iclas keçirilib.
Digər ölkələr
2 May , 2019 15:42
WikiLeaks saytının yaradıcısının məhkəməsi mayın 30-da davam etdiriləcək

London Vestminster Bələdiyyə Məhkəməsində "WikiLeaks" saytının təsisçisi Culian Assanjın ekstradisiyasına dair iclas keçirilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, vaxtından yarım saat gec başlayan və 10 dəqiqə davam edən iclasda həbsxanadan videorabitə vasitəsilə iştirak edən müttəhim jurnalistika ilə məşğul olduğundan özünü təqsirkar saymadığını və ABŞ-a təhvil verilməsinin əleyhinə çıxış edib.

Eyni zamanda ABŞ tərəfinin ekstradisiya sorğusunu təsdiqlədikdən sonra məsələyə dair bəzi sənədləri məhkəməyə çatdırmadıqlarını xatırladan hakim iyunun 12-dək bu məsələnin həll olunmasının vacibliyini bildirib.

Növbəti dinləmələr mayın 30-da keçiriləcək.

Xatırladaq ki, ötən gün London məhkəməsi C.Assanjı girov müqabilində azadlığa çıxmaq şərtlərini pozduğuna görə 50 həftəlik həbs cəzasına məhkum edib.

Son xəbərlər

Orphus sistemi