ABŞ-ın kosmik gəmisi beynəlxalq stansiyaya doğru istiqamətlənib - VİDEO

ABŞ-ın kosmik gəmisi beynəlxalq stansiyaya doğru istiqamətlənib - VİDEO Falcon 9 raket daşıyıcısı göyərtəsində NASA-nın iki astronavtının olduğu “Crew Dragon” kosmik gəmisilə Beynəlxalq Kosmik Stansiyaya doğru uçuşa başlayıb.
Digər ölkələr
30 May , 2020 23:40
ABŞ-ın kosmik gəmisi beynəlxalq stansiyaya doğru istiqamətlənib - VİDEO

"Falcon 9" raket daşıyıcısı göyərtəsində NASA-nın iki astronavtının olduğu “Crew Dragon” kosmik gəmisilə Beynəlxalq Kosmik Stansiyaya doğru uçuşa başlayıb.

“Report” xəbər verir ki, kosmik gəminin işə salınması “SpaceX” şirkətinin saytında translyasiya edilib.

Kosmik gəmidəki NASA astronavtları Daqlas Xyorli və Robert Benkendir.

Start ikinci cəhddən sonra olub. Əvvəlcə uçuş mayın 27-ə planlaşdırılıb, amma əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Bu, ABŞ-ın 2011-ci ildən pilot tərəfindən idarə edilən ilk və özəl şirkət tərəfindən həyata keçirilən birinci kosmik uçuşdur.

Son xəbərlər

Orphus sistemi