Cozef Baydenin Ağ Evdə qəbul edəcəyi ilk xarici lider məlum olub

Cozef Baydenin Ağ Evdə qəbul edəcəyi ilk xarici lider məlum olub ABŞ prezidenti Cozef Bayden apreldə Ağ Evdə Yaponiyanın baş naziri Yosixide Suqo ilə görüşməyi planlaşdırır
Digər ölkələr
8 Mart , 2021 04:19
Cozef Baydenin Ağ Evdə qəbul edəcəyi ilk xarici lider məlum olub
Yosixide Suqo və Cozef Bayden

ABŞ prezidenti Cozef Bayden apreldə Ağ Evdə Yaponiyanın baş naziri Yosixide Suqo ilə görüşməyi planlaşdırır.

“Report”un məlumatına görə, bu barədə mənbələrə istinadən “Axios” informasiya portalı bildirib.

Beləliklə, Yaponiya hökumətinin başçısı Baydenin öz iqamətgahında görüşəcəyi ilk xarici lider olacaq. Bu halda, nəşrin məlumatına görə, danışıqlar apreldən də gec baş tuta bilər, onların görüşü yeni koronavirusun yayılmasına qarşı mübarizədə müvəffəqiyyətlərdən asılıdır.

Portal bildirib ki, görüş Amerika-Yaponiya ittifaqının əhəmiyyətini vurğulamalı, həmçinin xarici liderlərin ABŞ-a səfərləri növbəsində ilk olmalıdır. Ağ Ev iki ölkənin liderlərinin mümkün sammiti haqqında informasiyanı şərh etməkdən imtina edib.

Daha əvvəl Bayden Kanadanın baş naziri Castin Trüdo ilə distant formatda ikitərəfli görüş keçirib. Ağ Evin başçısı həmçinin yaxın vaxtlarda Avstraliya, Hindistan və Yaponiya liderləri ilə eyni formatda görüşməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi