Cozef Bayden Vladimir Putinlə şəxsi ünsiyyətin əhəmiyyətini qeyd edib

Cozef Bayden Vladimir Putinlə şəxsi ünsiyyətin əhəmiyyətini qeyd edib ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putinlə şəxsi ünsiyyətin əhəmiyyəti haqqında bildirib
Digər ölkələr
16 Aprel , 2021 02:39
Cozef Bayden Vladimir Putinlə şəxsi ünsiyyətin əhəmiyyətini qeyd edib
Cozef Bayden və Vladimir Putin

ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putinlə şəxsi ünsiyyətin əhəmiyyətli olduğunu bildirib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

"Prezident Putinə şəxsən və birbaşa ünsiyyətin daha təsirli münasibətlər üçün lazım olacağına əminliyimi ifadə etdim, o bununla razılaşdı”, - Bayden deyib.

"Mən bunun üçün cari ilin yayında ölkələrimizin razılaşdırdığı məsələləri həll etmək üçün Avropada görüşməyi təklif etdim", - ABŞ rəhbəri deyib.

"Bizim komandalarımız indi bu imkanı müzakirə edirlər", - Amerika prezidenti vurğulayıb.

Daha əvvəl Cozef Bayden rusiyalı həmkarına qarşıdakı həftələrdə görüşməyi təklif edib.

Son xəbərlər

Orphus sistemi