Bayden Putinin birbaşa danışıqlar barədə təklifinə cavab vermədi

Bayden Putinin birbaşa danışıqlar barədə təklifinə cavab vermədi ABŞ prezidenti Cozef Bayden Rusiyanın dövlət başçısı Vladimir Putinin birbaşa danışıqlar aparmaq barədə təklifinə cavab verməkdən imtina edib
Digər ölkələr
172
18 Mart , 2021 23:57
Bayden Putinin birbaşa danışıqlar barədə təklifinə cavab vermədi
Cozef Bayden

ABŞ prezidenti Cozef Bayden Rusiyanın dövlət başçısı Vladimir Putinin birbaşa danışıqlar aparmaq barədə təklifinə cavab verməkdən imtina edib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

ABŞ rəhbərinin Ağ Evdə koronavirus mövzusunda çıxışının sonuna yaxın jurnalistlərdən biri Putinin təklifi haqqında sual verib və Baydenin danışığa razı olub-olmadığını soruşub. Bayden tribunada suala cavab verməyib və vitse-prezident Kamala Harrisin müşayiəti ilə gedib.

Daha əvvəl Bayden KİV-in rusiyalı həmkarını "qatil" hesab edib-etməməsi barədə sualına “hə” cavabını verib. ABŞ rəhbəri həmçinin qeyd edib ki, Putin Amerikadakı seçkilərə müdaxiləyə görə cavab verəcək. Ağ Evin mətbuat katibi Cen Psaki Baydenin Putin haqqında sözlərinin “metafora” olması barədə sualı izah etməkdən imtina edib.

Baydenin sözlərini şərh edən Putin isə ona sağlamlıq arzulayıb və bazar ertəsi və ya cümə günü birbaşa danışıq aparmağı təklif edib.

Son xəbərlər

Orphus sistemi