Cozef Bayden və Si Szinpin Tayvan ətrafında vəziyyəti müzakirə ediblər

Cozef Bayden və Si Szinpin Tayvan ətrafında vəziyyəti müzakirə ediblər ABŞ Prezidenti Cozef Bayden bildirib ki, Çin Xalq Respublikasının sədri Si Szinponlə Tayvanı müzakirə edib.
Digər ölkələr
6 Oktyabr , 2021 03:43
Cozef Bayden və Si Szinpin Tayvan ətrafında vəziyyəti müzakirə ediblər
Cozef Bayden və Si Szinpin

ABŞ Prezidenti Cozef Bayden bildirib ki, Çin Xalq Respublikasının sədri Si Szinpinlə Tayvanı müzakirə edib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

"Mən Si (Szinpinlə-red) ilə Tayvan haqqında danışdım. Biz razıyıq, Tayvan üzrə razılaşmaya riayət edəcəyik. Biz bunun üzərində dayanırıq və razılaşmaya riayət etməkdən başqa bir şey edəcəyimizi düşünmədiyimi anlatdım", - Bayden deyib.

ABŞ-ın 1979-cu ildə qəbul etdiyi qanun Tayvana hərbi yardımı nəzərdə tutsa da, Çinin vahidliyinə dəstəyi təsbit edir.

Son xəbərlər

Orphus sistemi