Cozef Bayden və Emmanuel Makron Əfqanıstan məsələsini müzakirə ediblər

Cozef Bayden və Emmanuel Makron Əfqanıstan məsələsini müzakirə ediblər ABŞ prezidenti Cozef Bayden və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Digər ölkələr
20 Avqust , 2021 05:55
Cozef Bayden və Emmanuel Makron Əfqanıstan məsələsini müzakirə ediblər
Cozef Bayden və Emmanuel Makron

ABŞ prezidenti Cozef Bayden və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ABŞ və Fransa dövlət başçıları Əfqanıstanda yaranmış vəziyyəti, o cümlədən Kabil aeroportundan ölkələrin vətəndaşlarının təxliyəsi prosesini müzakirə ediblər.

"Onlar Əfqanıstan üzrə müttəfiqlər və demokratik tərəfdaşlar arasında sıx koordinasiyanın, həmçinin humanitar yardım və qaçqınlara dəstəyin davam etdirilməsinin əhəmiyyətini vurğuladılar", - xəbərdə deyilir.

Dövlət rəhbərləri həmçinin gələn həftə “Böyük yeddilər”in Əfqanıstan üzrə virtual sammitinin keçirilməsi planını alqışlayıblar.

Son xəbərlər

Orphus sistemi