Cozef Bayden Novruz bayramı ilə əlaqədar təbrik yaydı

Cozef Bayden Novruz bayramı ilə əlaqədar təbrik yaydı ABŞ prezidenti Cozef Bayden Novruz bayramı ilə əlaqədar təbrikini yayıb
Digər ölkələr
21 Mart , 2021 03:11
Cozef Bayden Novruz bayramı ilə əlaqədar təbrik yaydı
Cozef Bayden

ABŞ prezidenti Cozef Bayden Novruz bayramı ilə əlaqədar təbrikini yayıb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Bayden müraciətində qeyd edib ki, koronavirus pandemiyası fonunda dünya kifayət qədər mürəkkəb dövrdən keçib, ancaq xoş günlər yaxındadır.

ABŞ prezidenti vurğulayıb ki, Novruz bayramını İrandan başlayaraq Mərkəzi Asiyaya, Yaxın Şərqdən Avropaya qədər bir çox ölkələr qeyd edir.

Dövlət başçısının sözlərinə görə, koronavirus pandemiyası fonunda dünya çətin dövr yaşayır və hətta bayramın qeyd olunması rəqəmsal formatda keçirilir.

"Xatırlamalıyıq ki, bütün ağrılardan və itkilərdən sonra bizi irəlidə ən yaxşı günlər gözləyir. Biz ümumi gələcək, tam sülh və anlayış naminə çalışmalıyıq", - Ağ Ev rəhbərinin müraciətində deyilir.

Son xəbərlər

Orphus sistemi