Cozef Bayden meksikalı həmkarı ilə ABŞ vaksininin ixracını müzakirə edəcək

Cozef Bayden meksikalı həmkarı ilə ABŞ vaksininin ixracını müzakirə edəcək Cozef Bayden meksikalı həmkarı Andres Manuel Lopes Obradorla danışıqlarda Amerika vaksinlərinin göndərilməsi məsələsini müzakirə etmək niyyətindədir
Digər ölkələr
2 Mart , 2021 03:09
Cozef Bayden meksikalı həmkarı ilə ABŞ vaksininin ixracını müzakirə edəcək
Cozef Bayden

ABŞ prezidenti Cozef Bayden meksikalı həmkarı Andres Manuel Lopes Obradorla danışıqlarda Amerika vaksinlərinin bu ölkəyə göndərilməsi məsələsini müzakirə etmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Bayden danışıqların başlanğıcında jurnalistlərə bildirib.

"Biz bu barədə danışmağa hazırlaşırıq", - Ağ Ev rəhbəri bununla bağlı suala cavabında deyib.

ABŞ prezidenti həmçinin iki ölkənin əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Bayden qeyd edib ki, "ABŞ və Meksika birlikdə olduqda daha güclüdürlər".

Daha əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, Birləşmiş Ştatlar bütün amerikalılar peyvənd olunmayınca koronavirus vaksinini başqa ölkələrlə bölüşməyi planlaşdırmır.

Jurnalistlər Psakidən Ağ Evin Meksikanın vaksinlərin verilməsi ilə bağlı mümkün sorğusuna baxıb-baxmaması barədə soruşublar. “Yox”, - deyə o cavab verib. Cen Psakinin sözlərinə görə, ABŞ üçün əvvəlcə öz vətəndaşlarını peyvənd etmək əhəmiyyətlidir. Bu hədəf nə vaxt yerinə yetirilsə, Vaşinqton sonrakı addımları müzakirə etməyə başlaya bilər.

Son xəbərlər

Orphus sistemi