Cozef Bayden Luiziana ştatını təbii fəlakət zonası elan edib

Cozef Bayden Luiziana ştatını təbii fəlakət zonası elan edib ABŞ Prezidenti Cozef Bayden "İda" qasırğası səbəbindən Luiziana ştatını təbii fəlakət zonası elan edib və zərərçəkənlərə federal yardım barədə göstəriş verib.
Digər ölkələr
108
30 Avqust , 2021 08:06
Cozef Bayden Luiziana ştatını təbii fəlakət zonası elan edib
Cozef Bayden

ABŞ Prezidenti Cozef Bayden "İda" qasırğası səbəbindən Luiziana ştatını təbii fəlakət zonası elan edib və zərərçəkənlərə federal yardım barədə göstəriş verib.

“Report”un məlumatına görə, bu barədə Ağ Ev xəbər yayıb.

"Bu gün prezident Cozef R. Bayden Luiziana ştatında təbii fəlakət zonası elan edib və 26 avqust 2021-ci ildə başlayan və davam edən "İda" qasırğasından zərər çəkən ərazilərdə əyalət, yerli bərpa əməliyyatlarını tamamlamaq üçün federal yardım göstərilməsi barədə göstəriş verib", - Ağ Evin açıqlamasında deyilir.

Federal yardım müvəqqəti mənzil və ev təmiri üçün qrantlar da daxil olmaqla, fəlakət bərpasında vətəndaşlara dəstək proqramlarını əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi