Cozef Bayden "Böyük iyirmilik" ölkələrinin sammitində iştirak edəcək

Cozef Bayden "Böyük iyirmilik" ölkələrinin sammitində iştirak edəcək ABŞ prezidenti Cozef Bayden oktyabrın sonlarında "Böyük iyirmilik" (G20) ölkələrinin sammitinə yola düşəcək.
Digər ölkələr
107
23 Sentyabr , 2021 08:54
Cozef Bayden Böyük iyirmilik ölkələrinin sammitində iştirak edəcək
Emmanuel Makron və Cozef Bayden

ABŞ prezidenti Cozef Bayden oktyabrın sonlarında "Böyük iyirmilik" (G20) ölkələrinin sammitinə yola düşəcək.

“Report” xəbər verir ki, bu barədə “Axios” mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Bayden İtaliyanın paytaxtı Romada keçiriləcək sammitdə iştirak edəcək və bundan sonra BMT-nin iqlim dəyişikliyi üzrə sammitində iştirak üçün Şotlandiyanın Qlazqo şəhərinə yola düşəcək.

Ağ Evdən bildirilib ki, Bayden bu prosesdə anlayışa nail olmaq və dinamikanı saxlamaq üçün oktyabrın sonlarında Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

G20 sammiti oktyabrın 30-31-də Romada keçiriləcək. Bayden bundan sonra noyabrda keçiriləcək iqlim dəyişikliyi üzrə sammitə qatılacaq.

İngilis versiyası Biden to attend G20 summit

Son xəbərlər

Orphus sistemi