Cozef Bayden Avropa liderləri ilə videokonfrans keçirib

Cozef Bayden Avropa liderləri ilə videokonfrans keçirib ABŞ Prezidenti Co Bayden Avropa liderləri ilə videokonfrans keçirib.
Digər ölkələr
113
25 Yanvar , 2022 02:19
Cozef Bayden Avropa liderləri ilə videokonfrans keçirib

ABŞ Prezidenti Co Bayden Avropa liderləri ilə videokonfrans keçirib.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev bildirib. Danışıqların 1 saatdan çox davam etdiyi qeyd olunur.

"Prezident Baydenin Avropa liderləri ilə videokonfransı saat 15:05-də (Bakı vaxtı ilə saat 00:05) başlayıb və saat 16:25-də (Bakı vaxtı ilə 01:25) başa çatıb", - Ağ Evdən bildirilib.

Bayden bildirib ki, Avropa ölkələrinin liderləri ilə Ukrayna ilə bağlı videodanışıq zamanı tam yekdillik olub.

“Mən çox, çox, çox yaxşı görüş keçirdim, bütün Avropa liderləri ilə tam yekdil oldum”, - o, müxbirin sualını cavablandırarkən deyib: “Bu barədə sonra danışarıq, təşəkkürlər”.

KİV-in məlumatına görə, görüşdə Ukrayna ətrafında yaranan vəziyyət müzakirə edilib.

Daha əvvəl məlumat verilib ki, ABŞ Prezidenti Avropa liderlərinə videozəng edəcək, danışıqlarda Ukrayna ilə bağlı davam edən böhranı müzakirə edəcək. Danışıqlarda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin, Avropa Şurasının sədri Şarl Mişelin, NATO-nun baş katibi Yens Stoltenberqin, həmçinin Fransa, Almaniya, İtaliya, Polşa və Böyük Britaniya liderlərinin iştirak edəcəyi qeyd olunurdu.

Son xəbərlər

Orphus sistemi