Cozef Bayden: ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötəcək

Cozef Bayden: ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötəcək ABŞ-da koronavirusdan ölən insanların ümumi sayı yaxın günlərdə 500 min nəfəri keçəcək
Digər ölkələr
20 Fevral , 2021 02:16
Cozef Bayden: ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötəcək
Cozef Bayden

ABŞ-da koronavirusdan ölən insanların ümumi sayı yaxın günlərdə 500 min nəfəri keçəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin prezidenti Cozef Bayden bildirib.

"Bir neçə gün sonra 500 000 sayı keçəcəyik. Bu, İkinci Dünya Müharibəsində öldürülən amerikalıların sayından təxminən 70 000 çoxdur", - ABŞ rəhbəri Miçiqan ştatında “Pfizer” şirkətinin zavodunda çıxışı zamanı deyib.

ABŞ-ın beynəlxalq təşkilatların informasiyası, federal və yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda pandemiyanın başlanğıcından koronavirusa 27,95 milyondan çox yoluxma qeydə alınıb, 495 015 insan ölüb. Ölkə hər iki göstərici üzrə dünyada birinci yerdədir.

Son xəbərlər

Orphus sistemi