Çoxarvadlı şəxslərə Almaniya vətəndaşlığı verilməyəcək

Çoxarvadlı şəxslərə Almaniya vətəndaşlığı verilməyəcək Çoxarvadlı şəxslərə və Almaniya həyat-tərzini mənimsəməyənlərə bu ölkənin vətəndaşlığı verilməyəcək.
Digər ölkələr
28 İyun , 2019 13:01
Çoxarvadlı şəxslərə Almaniya vətəndaşlığı verilməyəcək

Çoxarvadlı şəxslərə və Almaniya həyat-tərzini mənimsəməyənlərə bu ölkənin vətəndaşlığı verilməyəcək.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu, Almaniyanın vətəndaşlığın verilməsi haqqında qanununa edilən əlavə və dəyişikliklər layihəsində əksini tapıb. 

İyunun 28-də qanuna əlavə və dəyişikliklər layihəsi qəbul olunub.

Sənədə əsasən, hər hansı terror qruplaşmasına üzv olan, yaxud Almaniyadan xaricdə istənilən terror qruplaşması üçün mübarizə aparanlar başqa bir dövlətin vətəndaşı olduqları halda Almaniya vətəndaşlığından çıxarılacaqlar.

Almaniya vətəndaşlığı verilərkən dövlət qurumlarına yanlış məlumat verənlərin ölkədən çıxarılması və 5 il müddətinə Almaniyaya girişlərinin qadağan olunması müddəti 10 ilədək artırılıb.

Yaşıllar Partiyasından olan Filiz Polat yeni qanunun Almaniyanın mühacirət siyasətinə zərər verəcəyini bildirib. Onun sözlərinə görə, bu qanunla Almaniya 1980-ci illərə qayıdır. Bu sənədin həyata keçməsi üçün Almaniya Federal Təmsilçiləri Məclisində (Bundesrat) təsdiqlənməlidir. 

Son xəbərlər

Orphus sistemi