Koronavirusun ən təhlükəli növü Almaniyada da qeydə alındı

Koronavirusun ən təhlükəli növü Almaniyada da qeydə alındı Böyük Britaniyada dekabrın ortalarında aşkar edilmiş koronavirusanın yeni mutasiyası Almaniyaya qədər çatıb.
Digər ölkələr
1028
25 Dekabr , 2020 01:44
Koronavirusun ən təhlükəli növü Almaniyada da qeydə alındı
0 : 00
0 : 00

Böyük Britaniyada dekabrın ortalarında aşkar edilmiş koronavirusanın yeni mutasiyası Almaniyaya qədər çatıb.

“Report” xəbər verir ki, bu barədə Baden-Vürtemberq federal ərazisinin hakimiyyət orqanlarına istinadən “Deutsche Welle” nəşri bildirib.

Mutasiya etmiş virus Londondan Frankfurta gəlmiş qadında tapılıb. Bildirilir ki, xəstədə hələ ki, xəstəliyin yüngül əlamətləri müşahidə olunur. Onu hava limanında qarşılamış üç nəfər də karantinə göndərilib.

Qeyd edək ki, daha əvvəl İsveçrədə, Nigeriyada da koronavirusun ilk dəfə Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb. Bununla yanaşı, Fransa rəsmiləri də ölkədə koronavirusun yeni ştammının olduğunu istisna etməyiblər.

Koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır. Dekabrın 14-də Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirib ki, ölkədə koronavirusun yeni ştammı aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi