COVID-19 Meksikada 14 053 nəfərin ölümünə səbəb oldu

COVID-19 Meksikada 14 053 nəfərin ölümünə səbəb oldu Meksikada bir gün ərzində koronavirus infeksiyası qurbanlarının sayı 354 nəfər artıb.
Digər ölkələr
9 İyun , 2020 08:14
COVID-19 Meksikada 14 053 nəfərin ölümünə səbəb oldu

Meksikada bir gün ərzində koronavirus infeksiyası qurbanlarının sayı 354 nəfər artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Epidemiologiya İdarəsinin direktoru Xose Luis Alomia bildirib.

O, qeyd edib ki, bununla da COVID-19-dan ölənlərin sayı 14 053 nəfərə çatıb. Ölkədə virusa 2 999 yeni yoluxma aşkarlanıb.

Meksikada koronavirusa ilk yoluxma 28 fevralda aşkar edilib. Hazırda virusa yoluxanların ümumi sayı 120 102 nəfərə çatıb. Onlardan 18 416 nəfəri hazırda aktiv koronavirus xəstəsidir.

Virusa ən çox yoluxma Mexiko şəhərində qeydə alınıb. Burada 3 973 nəfər COVID-19 xəstəsi kimi qeydiyyata alınıb. Mexiko ştatında bu rəqəm 2 153 təşkil edir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi