Braziliyada koronavirus xəstələrinin sayı son sutkada 24 min nəfərdən çox artıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, ötən sutkada COVID-19-a 24 831 yoluxma aşkarlanıb. Bununla da Cənubi Amerika ölkəsində koronavirus xəstələrinin sayı 1 864 681 nəfərə yüksəlib.
Ötən gün Braziliyada 631 nəfər təhlükəli infeksiyadan ölüb. Beləliklə ölkədə pandemiya qurbanlarının sayı 72 100 nəfərə çatıb.
Nazirliyin məlumatına görə, virusa yoluxmuş 1 milyondan çox insan sağalıb.
Braziliya dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə ikinci yerdədir. Siyahıda birinci yerdə ABŞ qərarlaşıb.