COVID-19-a yoluxmuş Zelenski səhhətindən danışdı

COVID-19-a yoluxmuş Zelenski səhhətindən danışdı Koronavirusa yoluxmuş Ukrayna prezidenti Vladimir Zelenskiy özünü kifayət qədər yaxşı hiss etdiyini bildirib və və işləməyə davam etdiyini deyib.
Digər ölkələr
721
12 Noyabr , 2020 21:59
COVID-19-a yoluxmuş Zelenski səhhətindən danışdı
Vladimir Zelenski

Koronavirusa yoluxmuş Ukrayna prezidenti Vladimir Zelenski özünü kifayət qədər yaxşı hiss etdiyini bildirib və işləməyə davam etdiyini deyib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkədəki videomüraciətində qeyd edib.

"Bildiyiniz kimi, COVID-19 təəssüf ki, məndən yan keçmədi və özümü kifayət qədər yaxşı hiss edirəm. Üçüncü gündür təcridetmədəyəm, amma işdən təcrid olunmamışam. Öz vəzifəmi yerinə yetirirəm. Onlayn müşavirələr keçirir və zəngləşirəm", - Zelenski “Telegram”dakı videomüraciətində deyib.

Dövlət başçısı bazar ertəsi bildirib ki, koronavirusa yoluxub.

Son xəbərlər

Orphus sistemi