Britaniyanın sabiq xarici işlər naziri Boris Conson və hazırki XİN rəhbəri Ceremi Hant parlamentdə Mühafizəkarlar Partiyası fraksiyalarının səsverməsinin yekununda ölkənin baş naziri və mühafizəkarların lideri postu uğrunda mübarizənin final mərhələsinə çıxıb.
"Report" TASS-a istinadən xəbər verir ki, seçim prosesi iyulun ikinci yarısında, poçt səsvermələrinə yekun vurulduqdan sonra başa çatacaq.