Conson Orbanla Rusiyaya qarşı neft embarqosunu müzakirə edib

Conson Orbanla Rusiyaya qarşı neft embarqosunu müzakirə edib Böyük Britaniyanın Baş naziri Boris Conson Macarıstan hökumətinin başçısı Viktor Orbanla Rusiyaya qarşı neft embarqosunun tətbiqini müzakirə edib.
Digər ölkələr
28 May , 2022 04:12
Conson Orbanla Rusiyaya qarşı neft embarqosunu müzakirə edib

Böyük Britaniyanın Baş naziri Boris Conson Macarıstan hökumətinin başçısı Viktor Orbanla Rusiyaya qarşı neft embarqosunun tətbiqini müzakirə edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya baş nazirinin ofisinin yaydığı bəyanatda deyilir.

Conson danışıq zamanı Rusiyaya maksimum iqtisadi təzyiq göstərməyə davam etmək ehtiyacını vurğulayıb.

Onun sözlərinə görə, Avropada enerji təhlükəsizliyi və daxili sabitliyin təmin edilməsi həyati əhəmiyyət kəsb edir.

"Ukraynada sonsuz qarşıdurma daha çox əziyyətə səbəb olacaq. Bu səbəbdən Avropa İttifaqı altıncı sanksiyalar paketini qəbul etməlidir", - liderlər bu barədə razılaşıblar.

Son xəbərlər

Orphus sistemi