Con Sallivan rəsmən ABŞ dövlət katibi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub

Con Sallivan rəsmən ABŞ dövlət katibi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub O, bu yeri Mayk Pompeo ABŞ diplomatiyasına yeni rəhbər kimi təsdiq edilənədək tutacaq
Digər ölkələr
1 Aprel , 2018 23:29
Con Sallivan rəsmən ABŞ dövlət katibi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub

Bakı. 1 aprel. REPORT.AZ/ Con Sallivan rəsmi olaraq ABŞ-ın dövlət katibi vəzifəsinin icraçısı təyin olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəisi Hizer Noyert bazar günü öz "Twitter" səhifəsində yazıb.

O, bu yeri ABŞ Senatı Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq başçısı Mayk Pompeonu ABŞ diplomatiyasının yeni rəhbəri kimi təsdiqləməsinə qədər tutacaq.

"Dövlət katibinin birinci katibi Con Sallivan öz həmkarları arasında və Ağ evdə hörmət və etibar qazanmış təcrübəli rəhbərdir. Onun bu gün dövlət katibi vəzifələrinin icraçısı təyin olunmasından sonra, Mayk Pompeo gələnədək, Dövlət Departamenti etibarlı əllərdə olacaq", - deyə Xiezer Noyert bildirib.

Son xəbərlər

Orphus sistemi