Con Lennonun Liverpuldakı keçmiş mənzilində 3 meyit tapılıb

Con Lennonun Liverpuldakı keçmiş mənzilində 3 meyit tapılıb Adam öldürməkdə şübhəli bilinən 30 yaşlı kişi saxlanılıb
Digər ölkələr
31 May , 2017 16:55
Con Lennonun Liverpuldakı keçmiş mənzilində 3 meyit tapılıb

Bakı. 31 may. REPORT.AZ/ Məşhur "Bitlz" qrupunun əfsanəvi musiqiçisi Con Lennonun Liverpuldakı keçmiş evində bir qadın və iki uşaq meyiti aşkar edilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, insident ötən gecə baş verib.

Polis çağırış əsasında Tokstet bölgəsində yerləşən Folkner stritdəki evə gələn zaman birinci mərtəbədəki mənzildə meyitləri aşkarlayıb. Adam öldürməkdə şübhəli bilinən 30 yaşlı kişi saxlanılıb, sonradan onu xəstəxanaya yerləşdiriblər. Hələlik başqa şübhəli yoxdur.

Mersisayd qraflığının polisi cinayətin məişət zəmnində baş verdiyini hesab edir. Məhkəmə-tibb ekspertləri ölümün əsas səbəbini aydınlaşdırır.

Qeyd edək ki, Con Lennon Folker stritdəki evə ilk həyat yoldaşı Sintiya ilə 1962-ci ildə köçüb. Mənzilin hazırkı sahibi isə "Bitlz" qrupunun keçmiş meneceri Brayan Epşteyndir.

Xatırladaq ki, Con Lennon 1980-ci il dekabrın 8-də Nyu-Yorkda güllələnib. Onun qatili Mark Çepmen isə ömürlük həbs cəzasına məhkum edilib.

Son xəbərlər

Orphus sistemi