Bakı. 21 oktyabr. REPORT.AZ/ Suriyanın hava məkanında uçuşların təhlükəsizliyinə dair memorandum Vaşinqton ilə Moskva arasında fikir ayrılığını aradan qaldırmır. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət departamentinin rəsmisi Con Kirbi bildirib.
Onun sözlərinə görə, Pentaqonla Rusiyanın Müdafiə Nazirliyi arasında razılaşdırılan bu sənəd - çox vacib addımdır, ancaq ABŞ-ın Suriya ilə bağlı narahatlığı qalmaqdadır. Çünkü rəsmi Vaşinqton hesab edir ki, Bəşər Əsəd rejiminə verilən hərbi dəstək dayandırılmalıdır.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov isə ötən axşam bildirib ki, Pentaqonla imzalanan memorandum "praktiki məna daşıyır".