Yuxarı

​Con Kirbi: "ABŞ və Rusiya İŞİD-ə qarşı birgə əməliyyat planlaşdırmır"

Birləşmiş Ştatlar İŞİD terrorçularına qarşı mübarizə məsələsində Rusiya ilə sıx əlaqədə olacaq

Bakı. 2 iyun. REPORT.AZ/ ABŞ Suriyada İŞİD-lə mübarizədə Rusiya ilə sıx əlaqədə olacaq, lakin ümumi əməliyyatların aparılması planlaşdırılmır.

"Report" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

"Biz çoxdan deyirdik ki, burada birgə iş səviyyəsi olmalıdır. Əsasən Rusiya hərbçiləri ilə ABŞ-ın Müdafiə Nazirliyi arasında. Heç bir birgə əməliyyat olmayıb, hansısa xüsusi əməliyyatların başlamasına dair planlardan da xəbərim yoxdur. Lakin biz Suriyada "Ən-Nüsra" və İŞİD kimi qruplarla necə yaxşı mübarizə aparmaq məsələsində Rusiyanın rəsmi şəxsləri ilə çıx əlaqədə olacağıq. Bir çox müxtəlif təklif və variantlar var ki, müzakirə olunur, lakin məndə onların detalları yoxdur", — deyə Kirbi brifinqdə bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi