Con Kerri: "Yəməndə münaqişə tərəfləri atəşkəs elan olunması ilə bağlı razılıq əldə ediblər"

Con Kerri: "Yəməndə münaqişə tərəfləri atəşkəs elan olunması ilə bağlı razılıq əldə ediblər" Münaqişə tərəfləri həmçinin ilin sonuna qədər Milli Birlik hökumətini yaratmaq üçün əməkdaşlıq barədə razılığa gəliblər
Digər ölkələr
15 Noyabr , 2016 17:23
Con Kerri: Yəməndə münaqişə tərəfləri atəşkəs elan olunması ilə bağlı razılıq əldə ediblər

Bakı. 15 noyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyası və Yəməndən olan üsyançı-husilərin noyabrın 17-dən etibarən atəşkəs elan olunması ilə bağlı ilkin razılıq əldə etdiklərini bildirib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı C.Kerri münaqişə tərəflərinin həmçinin ilin sonuna qədər Milli Birlik hökumətini yaratmaq üçün əməkdaşlıq etmək barədə razılığa gəliklərini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi