Con Kerri Yaxın Şərqdə münaqişələrin dayandırılmasına çağırıb

Con Kerri Yaxın Şərqdə münaqişələrin dayandırılmasına çağırıb "ABŞ Yaxın Şərqdə vəziyyətin normallaşmasına dəstək verməyə hazırdır"
Digər ölkələr
22 Fevral , 2016 01:16
Con Kerri Yaxın Şərqdə münaqişələrin dayandırılmasına çağırıb

Bakı. 22 fevral. REPORT.AZ/ ABŞ Dövlət katibi Con Kerri İsrail və Fələstin arasında gərginliyin azaldlması səyləri çərçivəsində Fələstin lideri Mahmud Abbasla danışıqlar aparıb. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, görüş İordaniyanın paytaxtı Əmmanda baş tutub.

İsrail ilə Fələstin arasındaki problemlərin qısa müddət ərzində dayandırılmasına çağıran C.Kerri, Tərəflər "təxribat ritorikasından" uzaq durmalıdır. ABŞ bütün Yaxın Şərqdə vəziyyətin normallaşmasına dəstək verməyə hazırdır", - deyib.

ABŞ Dövlət katibi, həmçinin, vurğulayıb ki, Fələstin torpaqlarında yəhudilər üçün evlərin tikintisi qanunsuzdur və Vaşinqtonun bununla bağlı mövqeyi dəyişməzdir.

Son xəbərlər

Orphus sistemi