​Con Kerri və Sergey Lavrov İranın nüvə proqramını müzakirə edib

​Con Kerri və Sergey Lavrov İranın nüvə proqramını müzakirə edib Söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub
Digər ölkələr
20 Mart , 2015 19:13
​Con Kerri və Sergey Lavrov İranın nüvə proqramını müzakirə edib

Bakı. 20 mart. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi ilə telefonda İranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanması üzrə hərtərəfli sazişin hazırlanması barədə beynəlxalq danışıqların gedişini müzakirə edib.

“Report” xəbər verir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Bundan əvvəl məlum olub ki, rusiyalı jurnalistlər İsveçrədə İranın nüvə proqramı ilə bağlı danışıqlara buraxılmayıblar. Bildirilib ki, Rusiya jurnalistləri bu mövzunu işıqlandırmaq üçün əngəllənmiş ölkələr siyahısına daxil edilib.

Son xəbərlər

Orphus sistemi