Con Kerri və Mövlud Çavuşoğlu Ankara-Moskva gərginliyini müzakirə ediblər

Con Kerri və Mövlud Çavuşoğlu Ankara-Moskva gərginliyini müzakirə ediblər Görüş Brusseldə baş tutub
Digər ölkələr
2 Dekabr , 2015 01:02
Con Kerri və Mövlud Çavuşoğlu Ankara-Moskva gərginliyini müzakirə ediblər

Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ Dövlət katibi Con Kerri və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brusseldə Ankara-Moskva münasibətlərindəki gərginliyi müzakirə ediblər.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Çavuşoğlu bildirib ki, Türkiyə rəhbərliyi SU-24 təyyarəsinin vurulmasından sonra yaranmış vəziyyətlə bağlı möveyini Rusiya rəsmilərinin nəzərinə çatdırmağa çalışır. C.Kerri isə öz növbəsində qeyd edib ki, Vaşinqton Ankaranı bu məsələdə tam dəstəkləyir.

Görüş zamanı terrorçu İŞİD qruplaşmasına qarşı birgə mübarizə mövzusuna da diqqət yetirilib.

Son xəbərlər

Orphus sistemi