Con Kerri siyasətdən gedir

Con Kerri siyasətdən gedir ABŞ dövlət katibi yanvarın 20-də Barak Obama administrasiyası ilə birlikdə istefaya gedəcək
Digər ölkələr
6 Yanvar , 2017 10:16
Con Kerri siyasətdən gedir

Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri yanvarın 20-də istefa verdikdən sonra dövlət qulluqçusu karyerasını başa vuracaq.

"Report" xəbər verir ki, bu barədə o, Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.

73 yaşlı C.Kerri 2013-cü ilin fevral ayından dövlət katibi vəzifəsində çalışır və Barak Obama administrasiyası ilə birlikdə istefaya gedəcək.

Qeyd edək ki, C.Kerri təxminən 30 il ərzində Massaçusets ştatından senator olub. O, 2004-cü ildə ABŞ-da keçirilən prezident seçkilərində Demokratlar Partiyasından namizəd olsa da, seçkilərdə ikinci müddətə dövlət başçısı seçilən kiçik Corc Buşa məğlub olub. 

İngilis versiyası John Kerry steps down

Son xəbərlər

Orphus sistemi