​Con Kerri Səudiyyə kralı ilə Suriya, Liviya və Yəmən münaqişələrini müzakirə edib

​Con Kerri Səudiyyə kralı ilə Suriya, Liviya və Yəmən münaqişələrini müzakirə edib Bakı. 15 May. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri Səudiyyə Ərəbistanının qərbindəki Ciddə şəhərində kral Salman bin Əbdül Əzizlə Suriya, Liviya ...
Digər ölkələr
15 May , 2016 16:56
​Con Kerri Səudiyyə kralı ilə Suriya, Liviya və Yəmən münaqişələrini müzakirə edib

Bakı. 15 May. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri Səudiyyə Ərəbistanının qərbindəki Ciddə şəhərində kral Salman bin Əbdül Əzizlə Suriya, Liviya və Yəməndə yaranmış son vəziyyəti müzakirə edib. 

"Report"un məlumatına görə, bu haqda Səudiyyə Krallığının "SPA" agentliyi xəbər yayıb.

Məlumata görə, Con Kerri və kral arasındakı görüşdə Suriyada hökumət qüvvələri ilə müxalif döyüşçülər arasında atəşkəs rejiminə əməl olunması məsələsi müzakirə edilib.

Ərəb telekanallarının məlumatına görə, Con Kerri Ciddədə həmçinin krallığın daxili işlər naziri Məhəmməd bin Naif və digər şəxslərlə də görüşüb. 

Son xəbərlər

Orphus sistemi