Yuxarı

​Con Kerri: "Rusiya və İran Əsədin danışıqlar masasına oturmasına yardım edə bilər"

O bildirib ki, hazırda münaqişənin tənzimlənməsi üçün müxtəlif dövlətlərin səylərinin birləşməsi təxirəsalınmaz ehtiyacdır

Bakı. 19 sentyabr. REPORT.AZ/ Rusiya və İran Bəşşar Əsədin Suriyadakı vəziyyətin dinc yolla tənzimlənməsi üçün danışıqlarda iştirakına vasitəçilik edə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri Britaniyanın xarici işlər naziri Filip Hammondla danışıqlardan sonra bildirib.

Onun sözlərinə görə, hazırda münaqişənin tənzimlənməsi üçün müxtəlif dövlətlərin səylərinin birləşməsi "təxirəsalınmaz ehtiyacdır".

"Suriyadakı vəziyyətin siyasi yolla həlli üçün yolların axtarılması təcili vacib məsələdir", - Kerri vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi