Yuxarı

Con Kerri: "Quantanamonun Kubaya qaytarılmasını müzakirə etmirik"

ABŞ Dövlət katibi qeyd edib ki, Quantanamo mövzusu hazırda gündəlikdə yoxdur

Bakı. 21 iyul. REPORT.AZ/ Amerikanın Kubadakı Quantanamo hərbi bazası və orada yerləşən xüsusi həbs düşərgəsinin rəsmi Havanaya qaytarılması məsələsi hazırda müzakirə predmeti deyil. "Report"un İnterfax agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət katibi Con Kerri bildirib.

Kubanın xarici işlər naziri Bruno Rodriqeslə Vaşinqtonda keçirdiyi mətbuat konfransında Kerri qeyd edib ki, iki ölkə arasındaki əlaqələrin normallaşmasına dair danışıqlar uğurla davam edir, lakin Quantanamo mövzusu hazırda gündəlikdə yoxdur.

"Gələcəkdə nə olacağını deyə bilmərəm. Ancaq Amerika təfəri bu məsələni hazırda gündəlikdə saxlamır", - deyə ABŞ Dövlət katibi əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi