Con Kerri: İranın nüvə proqramı danışıqlarında irəliləyiş var

Con Kerri: İranın nüvə proqramı danışıqlarında irəliləyiş var İran və "altılıq" ölkələri arasında davam edən danışıqlarda irəliləyişin olduğu bildirilir
Digər ölkələr
11 İyul , 2015 00:34
Con Kerri: İranın nüvə proqramı danışıqlarında irəliləyiş var

Bakı. 11 iyul. REPORT.AZ/ Vyana şəhərində davam edən İranın nüvə proqramına dair danışıqlarda iştirak edən ABŞ-ın dövlət katibi Con Kerri irəliləyiş olduğunu elan edib.

"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, C.Kerri bildirib ki, tərəflər bir sıra mühüm məsələnin həllinə nail olub.

İranın nüvə proqramı haqqında danışıqlar artıq iki həftədir Vyanada davam edir.

Sazişin əldə olunması üçün son müddət iyulun 7-dən 9-na qədər uzadılmışdı. Mətbuatda gəzən qeyri-rəsmi xəbərlər isə müddətin iyulun 13-nə qədər uzadıla biləcəyini deyirdi.

Amerikanın nümayəndə heyəti İran və beynəlxalq danışıqlar "altılığı" arasında imzalanmış sənədin qısaldılmış prosedura dair konqresdə səsvermədən keçməsini istədiyi üçün danışıqların iyulun 9-də sonunadək sonlanacağına ümid edirdi.

Son xəbərlər

Orphus sistemi