​Con Kerri: "Əsədin gələcək taleyi hələ müəyyən edilməyib"

​Con Kerri: "Əsədin gələcək taleyi hələ müəyyən edilməyib" "Hazırda Birləşmiş Ştatlar Rusiya və İran ilə birgə bu məsələ üzərində işləyir"
Digər ölkələr
13 Noyabr , 2015 03:19
​Con Kerri: Əsədin gələcək taleyi hələ müəyyən edilməyib

Bakı. 13 noyabr. REPORT.AZ/ Suriya prezidenti Bəşər Əsədin gələcək taleyi və rolu hələ ki, müəyyən edilməyib.

"Report" xəbər verir ki, bu barədə Vaşinqtonda Sülh İnstitutunda çıxışı zamanı ABŞ-ın dövlət katibi Con Kerri bildirib.

Onun sözlərinə görə, hazırda Birləşmiş Ştatlar Rusiya və İran ilə birgə bu məsələ üzərində işləyir.

"Əsədin gələcəyi və onun rolu hələ müəyyən olunmayıb, bunu biz etiraf edirik", — deyə Kerri bildirib və qeyd edib ki, ABŞ Əsədin gedişinə nail olmaq istiqamətində səylərini davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi