Con Kerri bu gün Ukraynaya səfər edəcək

Con Kerri bu gün Ukraynaya səfər edəcək Ukraynada iqdisadi islahatlar və Donbasda yaşanan qanlı münaqişə - əsas müzakirə mövzularıdır
Digər ölkələr
5 Fevral , 2015 03:02
Con Kerri bu gün Ukraynaya səfər edəcək

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri bu gün Kiyevə səfər edəcək. "Report" TASS agentliyinə istinadla xəbər verir ki, C.Kerri səfər çərçivəsində prezident Pyotr Poroşenko, baş nazir Arseni Yatsenyuk, xarici işlər naziri Pavel Klimkin və Ali Radanın üzvləri ilə görüşəcək.

Səfərin gündəliyinə iki məsələ salınıb: iqdisadi islahatlar kursuna dəstək və Ukraynanın cənub-şərqində baş verən qanlı münaqişənin qarşısının alınması.

Qeyd edək ki, səfər ərəfəsində Qərb mətbuatı yazıb ki, ABŞ höküməti rəsmi Kiyevə silah yardımı göndərə bilər. Lakin Ağ Ev rəsmiləri bu xəbəri hələlik təstiqləməyib.

Son xəbərlər

Orphus sistemi