Bakı. 3 sentyabr. RERPORT.AZ/ ABŞ-ın sabiq dövlət katibi Con Kerri 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini istisna etməyib.
"Report"un verdiyi məlumata əsasən, sabiq dövlət katibi bu barədə ABŞ-ın "CBS News" telekanalının efirində bildirib.
C.Kerri ABŞ-ın hazırkı Prezidenti Donald Trampın hakimiyyəti dövründə siyasətdə fəal şəkildə qalmaq niyyətində olduğunu diqqətə çatdırıb.
Bununla belə, onun fikrincə, 2020-ci ildə keçiriləcək seçki yarışı barədə müzakirə açmaq hələ tezdir.
Qeyd edək ki, Con Kerri daha əvvəl - 2004-cü ildə ABŞ Demokratlar Partiyasından namizədliyini irəli sürərək prezident seçkilərində iştirak edib. O zaman C.Kerri Respublikaçılar Partiyasının namizədi Corc Buşa məğlub olub.