​Con Kerri: "İŞİD komandirlərinin 50 faizi öldürülüb"

​Con Kerri: "İŞİD komandirlərinin 50 faizi öldürülüb" İŞİD-in istifadə etdiyi 200-ə yaxın neft və təbii qaz yatağı azad olunub
Digər ölkələr
23 Yanvar , 2015 09:39
​Con Kerri: İŞİD komandirlərinin 50 faizi öldürülüb

Bakı. 23 yanvar. REPORT.AZ/ "İŞİD  komandirlərinin 50 faizi öldürülüb".

"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, bunu İngiltərədə keçirilən İŞİD-ə qarşı mübarizə toplantısında ABŞ-ın dövlət katibi Con Kerri deyib.

O bildirib ki, son aylarda bu terrorçu birləşməyə qarşı mübarizədə İraq və beynəlxalq qüvvələr önəmli uğurlar əldə edib. C.Kerrinin sözlərinə görə, keçən ilin sentyabrından Suriya və İraqda İŞİD-in mövqelərinə iki min zərbə endirilib.

"Yüzlərlə hərbi texnika və tank məhv edilib. İŞİD-in istifadə etdiyi 200-ə yaxın neft və təbii qaz yatağı azad olunub. İŞİD-in Malayziya, Kosovo və başqa ölkələrindəki şəbəkəsi aşkar edilərək, zərərsizləşdirilib. Almaniya, Avstraliya və İngiltərədəki əcnəbi yaraqlılar mühakimə olunub", - o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi