Yuxarı

Co Baydenin böyük oğlunun dəfn mərasimi keçirilir

Ailəsinin müşayiəti ilə ABŞ prezidenti Barak Obama da mərasimdə iştirak edir

Bakı. 6 İyun. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Co Baydenin böyük oğlunun dəfn mərasimi keçirilir.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, Delaver ştatının baş prokuroru Bo Bayden keçən həftə 46 yaşında beyin xərçəngi səbəbi ilə dünyasını dəyişib.

Ailəsinin müşayiəti ilə ABŞ prezidenti Barak Obama da mərasimdə iştirak edir.

ABŞ-ın sabiq prezidenti Bill Klinton xanımı, sabiq dövlət katibi Hillari Klinton, İraqdakı qüvvələrin sabiq baş komandanı, general Rey Odierno və digər yüksək səlahiyyətli nümayəndələr son ethramlarını bildirmək üçün mərasimə qatılıb. Yerli katolik kilsəsinə mindən artıq insan toplaşıb.

Bo Baydenin cənazəsi ictimaiyyətin vidalaşması üçün 3 gün Delaver ştatının Senatında qoyulub. Hər gün onunla vidalaşmaq üçün insanlar növbələrə dayanıb.

Co Baydenin birinci həyat yoldaşı və qızı avtomobil qəzasında həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi