Co Bayden rekord həddə ianə toplayıb

Co Bayden rekord həddə ianə toplayıb ABŞ-da bu il keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının namizədi olan Co Bayden seçki kampaniyası üçün ötən gün ərzində 26 milyon dollar ianə toplayıb.
Digər ölkələr
13 Avqust , 2020 13:03
Co Bayden rekord həddə ianə toplayıb
Co Bayden

ABŞ-da bu il keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının namizədi olan Co Bayden seçki kampaniyası üçün ötən gün ərzində 26 milyon ABŞ dolları ianə toplayıb.

“Report” AP-yə istinadən xəbər verir ki, rekord göstərici olan bu ianə artımının Bayden tərəfindən ötən gün Kaliforniyadan olan senator Kəmalə Harrisi vitse-prezidentliyə namizəd olaraq irəli sürməsİ ilə əlaqələndirilir.

2010-2017-ci illərdə Kaliforniyanın Baş Prokuroru işləmiş, 2016-cı ildə isə Senata seçilmiş 55 yaşlı K.Harris ABŞ vitse-prezidentliyinə namizədliyi irəli sürülmüş ilk qaradərili xanımdır. Demokratların çoxdandır əsas maliyyə bazası olaraq bilinən Kaliforniyadan olan K.Harrisin həm də Asiya mənşəli olduğu üçün Demokrat Partiyasına böyük maliyyə və siyasi dividentlər qazandıracağı güman edilir.

Son xəbərlər

Orphus sistemi