Co Bayden: "Donald Trampın impiçmenti ilə bağlı ifadə verməyəcəyəm"

Co Bayden: "Donald Trampın impiçmenti ilə bağlı ifadə verməyəcəyəm" Prezident Donald Trampın impiçmenti ilə bağlı ifadə vermək üçün Senatdan çağırış gəlsə də, ifadə verməyəcəyəm.
Digər ölkələr
28 Dekabr , 2019 12:35
Co Bayden: Donald Trampın impiçmenti ilə bağlı ifadə verməyəcəyəm

"Prezident Donald Trampın impiçmenti ilə bağlı ifadə vermək üçün Senatdan çağırış gəlsə də, ifadə verməyəcəyəm".

“Report” xəbər verir ki, bunu “The Des Moines Register” nəşrinə müsahibəsində ABŞ-ın sabiq vitse-prezidenti, qarşıdakı seçkilərdə Demokratlar Partiyasının prezidentliyə əsas namizədlərindən biri və hazırkı prezidentin əsas rəqibi sayılan Co Bayden deyib.

O bildirib ki, ifadə verəcəyi təqdirdə Donald Tramp ictimaiyyətin diqqətini impiçmentdən yayındıraraq onunla rəqabətə yönəltmək fürsəti əldə edəcək: “Bunu etmək fikrində olmamağımın əsas səbəbi Trampın davranışında, ömürboyu etdiklərindədir. Çünki bu adam həmişə diqqəti özündən yayındırmağa çalışıb”.

C.Bayden həmçinin ona çağırış gəndərməsinin Senat üçün hədsiz riyakarlıq olacağını qeyd edib: “Belə bir şey olacağını güman etmirəm də”.

Son xəbərlər

Orphus sistemi