Co Bayden İsraildə səfərdədir

Co Bayden İsraildə səfərdədir Bayden İsrailə fələstinlilər və İsrail hakimiyyət orqanları arasında çıxan yeni qarşıdurma ərəfəsində gedib
Digər ölkələr
9 Mart , 2016 04:25
Co Bayden İsraildə səfərdədir

Bakı. 9 mart. REPORT.AZ/ Bu ay Vaşinqtonda baş tutması nəzərdə tutulan görüşün təxirə salınması ilə iki müttəfiq arasında gərgin münasibətlər yaranmasına baxmayaraq, ABŞ-ın vitse-prezidenti Co Bayden çərşənbə axşamı İsrail liderləri ilə görüşmək üçün Tel-Əvivə yola düşüb.

"Report" "Amerikanın səsinə" istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, baş nazir ABŞ prezidenti Barak Obama ilə Ağ Evdə görüşdən imtina edib, çünki Netanyahu ABŞ-dakı ilkin seçkilərə müdaxilə etmək istəmir.

Bayden İsrailə fələsinlilər və İsrail hakimiyyət orqanları arasında çıxan yeni qarşıdurma ərəfəsində gedib. Fələstinli hücumçular Qüds və Tel Əvivdə polis zabitləri və mülki şəxsləri bıçaqlayıb və güllələyiblər. Bu, beş aydır davam edən və bir neçə nəfərin ölümünə səbəbə olan toqquşmlardan ən sonuncusudur. Ölənlərdən birinin amerikalı turist olduğu müəyyən edilib. Obama prezidentlik müddəti başa çatana qədər heç bir hərtərəfli İsrail-Fələstin razılığının əldə olunmayacağını düşünür.

Son xəbərlər

Orphus sistemi