Co Bayden İsrail-Fələstin münaqişəsinin nizamlanması planından danışıb

Co Bayden İsrail-Fələstin münaqişəsinin nizamlanması planından danışıb ABŞ Yaxın Şərq münaqişəsinin nizama salınması üçün regionda İsraillə, Fələstinlə və öz partnyorlarıyla danışıqlar aparılmasını davam etdirəcək
Digər ölkələr
17 May , 2021 02:30
Co Bayden İsrail-Fələstin münaqişəsinin nizamlanması planından danışıb
Co Bayden

Birləşmiş Ştatlar hakimiyyəti Yaxın Şərq münaqişəsinin nizama salınması üçün regionda İsraillə, Fələstinlə və öz partnyorlarıyla danışıqlar aparılmasını davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

"Mənim administrasiyam sabitlik dövrünə nail olunması üçün fələstinlilərlə, israillilərlə və başqa regional partnyorlarla qarşılıqlı əməkdaşlığı davam etdirmək niyyətindədir", - deyə dövlət başçısı qeyd edib.

O, vurğulayıb ki, İsrail və Fələstin sakinləri eyni dərəcədə təhlükəsizlik və mühafizə şəraitində yaşamağa layiqdirlər.

Son xəbərlər

Orphus sistemi