Yuxarı

​Co Bayden: "ABŞ-ın Rusiyaya qarşı sanksiyaları davam edəcək"

ABŞ-ın vitse-prezidenti Vladimir Putini sərt tənqid edib

Bakı. 28 may. REPORT.AZ/ "Rusiyaya qarşı sanksiyalar Minsk razılaşması tam olaraq həyata keçirilənə qədər davam edəcək". "Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın vitse-prezidenti Co Bayden Brookinq İnstitutunda Ukraynadakı vəziyyətə dair keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Rusiyanın təcavüzünün yol açdığı humanitar fəlakətə görə Ukraynaya yardım edilməsi həlledici əhəmiyyət daşıyır: "Avropa liderləri də mövcud sanksiyaları yeniləməlidirlər. Eyni zamanda, Ukraynaya silah yardımı mövzusu da müzakirə edilməyə dəyər bir məsələdir".

C.Bayden çıxışında Rusiyanın dövlət başçısı Vladimir Putini sərt tənqid edərək, hazırkı baş nazir Dmitri Medvedevin prezidentliyi dönəmində həyata keçirilən siyasi islahatları məmnuniyyətlə qarşıladıqlarını, 2009-2012-ci illəri arasında Kremllə yaxından əməkdaşlıq etdiklərini söyləyib: "Ancaq Putin ikinci dəfə prezident olandan sonra ölkəsini dərhal çox fərqli bir istiqamətə yönəltdi. Putinin miflər və illüziyalardan başqa Avropa və Rusiya xalqına təqdim edəcəyi elə bir şeyi yoxdur".

ABŞ vitse-prezidenti Rusiyaya qarşı atdıqları addımlarla Kremldə rejim dəyişikliyi arzusunda olmadıqlarını, yalnız V.Putinin rasional davranmasını təmin etməyə çalışdıqlarını vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi