CNN: İran Oman körfəzində tanker hadisəsindən əvvəl ABŞ dronunu vurmağa çalışıb

CNN: İran Oman körfəzində tanker hadisəsindən əvvəl ABŞ dronunu vurmağa çalışıb İran hərbçiləri iyunun 13-də Oman körfəzində baş vermiş hadisədən bir neçə saat əvvəl tankerlərə hücumun ehtimal edildiyi ərazidə dəniz üzərində Amerika dronu aşkar ediblər və zenit raketi ilə onu vurmağa çalışıblar.
Digər ölkələr
15 İyun , 2019 03:48
CNN: İran Oman körfəzində tanker hadisəsindən əvvəl ABŞ dronunu vurmağa çalışıb

İran hərbçiləri iyunun 13-də Oman körfəzində baş vermiş hadisədən bir neçə saat əvvəl tankerlərə hücumun ehtimal edildiyi ərazidə dəniz üzərində Amerika dronu aşkar ediblər və zenit raketi ilə onu vurmağa çalışıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Bildirilir ki, "raket hədəfə çata bilməyib və suya düşüb".

CNN-in mənbəsinin məlumatına görə, Amerikanın MQ-9 zərbə-kəşfiyyat pilotsuz aparatı tankerlərlə yanaşı İrana məxsus gəmilərin yaxınlaşdığını aşkar edib, lakin İran gəmilərinin tankerlərə hücumu ilə bağlı heç bir sübut qeydə almayıb.

İyunun 13-də Oman körfəzində iki tankerdə ehtimal edilən hücumdan sonra partlayış və yanğın baş verib. Hadisələrin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi