CNN-in aparıcısı Trampın müşaviri ilə müsahibəni mübahisə səbəbindən dayandırıb - VİDEO

CNN-in aparıcısı Trampın müşaviri ilə müsahibəni mübahisə səbəbindən dayandırıb - VİDEO Verilişdə Mayk Volfun "Od və qəzəb: Trampın Ağ evinin daxili" adlı qalmaqallı kitabı müzakirə olunub
Digər ölkələr
8 Yanvar , 2018 01:56
CNN-in aparıcısı Trampın müşaviri ilə müsahibəni mübahisə səbəbindən dayandırıb - VİDEO

Bakı. 8 yanvar. REPORT.AZ/ CNN telekanalının aparıcısı Ceyk Tepper ABŞ prezidenti Donald Trampın müşaviri Stiven Miller ilə müsahibəni onunla mübahisə səbəbindən dayandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, jurnalist bu addımını həmsöhbətinin qoyulan suallara cavab verməməsi ilə izah edib.

Bildirilir ki, söhbətə səbəb jurnalist Mayk Volfun prezident Trampın da bundan əvvəl tənqid etdiyi "Od və qəzəb: Trampın Ağ evinin daxili" adlı qalmaqallı kitabının müzakirəsi olub.

Teleaparıcı Millerdən prezidentin bu kimi atmacalarının nə dərəcədə adekvat və konstruktiv olduğunu soruşub. Miller cavabında bunları deyib:

"Hesab edirəm ki, belə sözlər prezidentin fikirlərinə kömək edir. Lakin məhz sizin CNN-də çürükçü mühit yaradılır və bu, nəticə etibarı ilə sizin teleşirkətə qarşı etimad böhranına gətirib çıxarır".

Beləliklə, tərəflər bir neçə dəqiqə ərzində bir-birinin sözünü kəsərək ünsiyyətdə olublar və sonda aparıcı müsahibəni dayandırmalı olub.

Son xəbərlər

Orphus sistemi