"CNN": İŞİD rəhbərləri Qərbi Mosuldan qaçırlar

"CNN": İŞİD rəhbərləri Qərbi Mosuldan qaçırlar Terrorçular şok və məğlub vəziyyətindədirlər
Digər ölkələr
1 Mart , 2017 07:50
CNN: İŞİD rəhbərləri Qərbi Mosuldan qaçırlar

Bakı. 1 mart. REPORT.AZ/ İŞİD terror qruplaşmasının rəhbərləri İraq ordusunun Qərbi Mosula hücumu ilə əlaqədar qaçaraq qurtulurlar.

"Report"un məlumatına görə, bu barədə "CNN" telekanalı xəbər verib.

İraq federal polisinin komandanı, general-leytenant Raid Şakir Cövdət telekanala bildirib ki, silahlılar bu ərazidə bir-birlərindən təcrid olunmuş vəziyyətdə qalıblar. Onların rəhbərləri isə şəhərdən qaçır.

General-leytenant həmçinin vurğulayıb ki, terrorçular itkilərə məruz qalıblar, şok və məğlub vəziyyətindədirlər. "Bizim səhra kəşfiyyatımız müəyyən edib ki, terror qruplaşması dağılmaqdadır, onun rəhbərliyi isə Mosuldan qaçır", - deyə İraq komandanı əlavə edib.

Qeyd edək ki, İraq ordusu bir neçə gündür, Qərbi Mosulun terrorçulardan azad edilməsi əməliyyatına başlayıb.  

Son xəbərlər

Orphus sistemi