CNN: Helsinkidə keçiriləcək görüşdə Tramp Putinə Suriya üzrə razılaşma təklif edəcək

CNN: Helsinkidə keçiriləcək görüşdə Tramp Putinə Suriya üzrə razılaşma təklif edəcək Bakı. 29 iyun. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin ilə Helsinkidə keçiriləcək görüşdə həmkarına Suriya mövzusunda razılaşma təklif etməyi planlaşdırır. Bu razılaşma ABŞ qoşunlarının münaqişə bölgəsindən çıxarılmasını sürətləndirəcək.
Digər ölkələr
29 İyun , 2018 10:48
CNN: Helsinkidə keçiriləcək görüşdə Tramp Putinə Suriya üzrə razılaşma təklif edəcək
Getty

Bakı. 29 iyun. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin ilə Helsinkidə keçiriləcək görüşdə həmkarına Suriya mövzusunda razılaşma təklif etməyi planlaşdırır. Bu razılaşma ABŞ qoşunlarının münaqişə bölgəsindən çıxarılmasını sürətləndirəcək.

"Report" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Prezidentlərin Bəşşar Əsəd ordusunun ABŞ tərəfindən dəstəklənən üsyançılara qarşı hücum həyata keçirdiyi Suriyanın cənub-qərb rayonlarındakı vəziyyətlə əlaqədar müzakirələr aparacağı gözlənilir.

Bildirilir ki, Tramp bu əraziləri Rusiyanın dəstəyi ilə Suriya hökumətinə veriləməsini təklif edəcək. Əvəzində ABŞ lideri müxalifət qüvvələrinin digər regionlara sərbəst çıxış hüququ əldə etməsini istəyir.

Qeyd edək ki, Putin və Tramp iyunun 16-da Helsinkidə görüşəcəklər. Görüşün bir neçə saat davam edəcəyi və təkbətək söhbətlə başlayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi