CNN: Amerikalıların təxminən 53 faizi Donald Trampın addımlarını dəstəkləmir

CNN: Amerikalıların təxminən 53 faizi Donald Trampın addımlarını dəstəkləmir Bu rəqəm yenicə vəzifəyə gəlmiş ABŞ prezidentinə verilən ən aşağı dəstək göstəricisidir
Digər ölkələr
4 Fevral , 2017 11:12
CNN: Amerikalıların təxminən 53 faizi Donald Trampın addımlarını dəstəkləmir

Bakı. 4 fevral. REPORT.AZ/ Amerikalıların təxminən 53 faizi Donald Trampın ABŞ prezidenti olduqdan sonra atdığı addımları dəstəkləmir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu, CNN telekanalının ORC Araşdırma Xidməti ilə birlikdə apardığı ümummilli sorğu nəticəsində məlum olub. 

Məlumata görə, respondentlərin yalnız 44 faizi D.Trampın dövlət başçısı kimi fəaliyyətini bəyənir. CNN telekanalı isə bu rəqəmin araşdırmaların aparıldığı bütün dövrlər ərzində yenicə vəzifəyə gəlmiş ABŞ prezidentinə verilən ən aşağı dəstək göstəricisi olduğunu açıqlayıb.

Rəyi soruşulanların əksəriyyəti D.Trampın immiqrasiya siyasətinin sərtləşdirilməsinə yönəlmiş fərmanlar imzalamasını qəbul etmir. Respondentlərin 53 faizi əhalisinin böyük hissəsi müsəlman olan bəzi ölkələrin vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulması ilə razı deyil. Eyni zamanda, 60 faiz respondent Meksika ilə sərhəddə divar tikilməsi ideyasını dəstəkləmir.

Son xəbərlər

Orphus sistemi